23.02.2021-ci
il tarixdə London vaxtı ilə saat 17:00, Bakı vaxtı ilə 21:00-da Birləşmiş
Krallıqda yaşayan həmyerlilərimizlə Xocalı soyqırımının 29-cu ildönümü ilə
bağlı "26 Fevral Xocalı Soyqırımını Unutma" başlığı ilə videoformatda onlayn tədbir keçirilmişdir.
Tədbirdə
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Azərbaycan
Respublikasının Böyük Britanya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə
və səlahiyyətli səfiri Tahir Tağızadə, Hüquq elmləri doktoru Samir Vəliyev,
Xocalı sakini Dürdanə Ağayeva, Publisist Kifayət Əhmədqızı, Moderator Shafiga
Roberts, həmçinin Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov
iştirak etmişlər.
Tədbirdə
çıxış edən Şahmar Usubov Xocalı həqiqətlərini tədbir iştirakçılarının nəzərinə
çatdırmışdır. 29 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırım vəhşətini
bəşər tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulamışdır. Rayonumuzun
icra başçısı bildirmişdir ki, mənfur qonşularımızın məqsədi yalnız
torpaqlarımızı işğal etmək deyil, həmçinin azərbaycanlılara qarşı genosid törətmək
olmuşdur.